Cəzalandılar: əl və ayaqları kəsildi - FOTO
22 Aprel 2013 15:45
Milli.Az AsiaOne-a istinadən bildirir ki, hadisə Əfqanıstanın qərbində, Herat vilayətində baş verib.
Ölkəgə logistik əməliyyatları yerinə yetirən şirkətdə sürücü işləyən şəxslərin hər birinin sağ əli biləkdən, sol ayağı topuqdan kəsilib.
"Taliban" yaraqlılarının "cəza" verdikləri şəxslər Herat şəhər xəstəxanasındadır.
Herat polisinin mətbuat katibi Nur xan Nekzadın dediyinə görə, əl və ayaqları kəsilmiş şəxslər Robat Səngi bölgəsindəki Köşk rayonunun sakinləridir.
Aprel ayı başlanandan bəri Əfqanıstanda 222 nəfər həlak olub.
İlin əvvəlindən bu yana Əfqanıstanda 467 mücahid və 107 hərbçi həlak olub, 362 mücahid həbs olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: EPA