AMD bataqlıqdan çıxır?

20 Aprel 2013 21:47
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin birinci rübündə x86 arxitekturalı prosessorların istehsalçısı AMD şirkəti 1.09 milyard dollar əldə edib. Bu göstərici ötən ilin son rübü ilə müqayisədə 6% azdır. İllik hesablama üzrə azalma 31% təşkil edir: 2012-ci ilin birinci rübündə şirkət 1.59 milyard dollar əldə edib.

Xalis zərərin həcmi 146 milyon dollar və ya 1 səhm üçün 19 sent təşkil edib. Müqayisə üçün qeyd edək ki, şirkət ötən rüb 473 milyon dollar zərərə məruz qalmışdı.

Milli.Az