İsmayıl Ömərovu kim əvəzləyəcək?

20 Aprel 2013 13:16
Bu barədə Trend-ə şirkətin Yayım Şurasının üzvü, millət vəkili Fuad Muradov bildirib.

Millət vəkilinin sözlərinə görə, gələn həftə İTV-nin Yayım Şurası toplanacaq və qurumun Baş direktorunu seçəcək. Deputat İTV-nin Baş direktoru vəzifəsinə namizədlər arasında "Mədəniyyət" kanalının Baş direktoru Cəmil Quliyevin adının olduğunu da deyib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru vəzifəsinə elan edilən müsabiqəyə sənəd qəbulu dünən başa çatıb. İTV-nin hazırkı rəhbəri İsmayıl Ömərovun müsabiqəyə sənəd vermədiyi bildirilir.

Milli.Az