Toydan qayıdan sürücü qəza törətdi: bir ölü, dörd yaralı - YENİLƏNİB

20 Aprel 2013 12:40
12:40

Baş Dövlət Yol Polisi İdarəsinin tədqiqatçısı Azər Həsənovun APA-ya verdiyi məlumata görə, hadisə Qazax rayonunun Ağköynək kəndi ərazisində baş verib.

31 yaşlı İbrahim İbrahimzadə idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıdan gələn "Suzuki" markalı avtomobilə çırpıb.

Hadisə nəticəsində "VAZ-2106"-da olan sərnişinlər Mahmud Nəsibov, Qurban  Qaragözov, Əfşan QaragözovaLeyla İbrahimzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İ. İbrahimzadə isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisəyə səbəb toydan qayıdan İ. İbrahimzadənin sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2106"nı qarşıdan gələn "Suzuki"nin yoluna çıxarması olub.

Faktla bağlı araşdırma aparılır.

-----------
10:02

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, aprelin 19-da Bakı-Qazax yolunun 458-ci kilometrliyində - Qazax rayonu ərazisində "İSUZU" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olun ki, "İSUZU" markalı yük avtomobilinin sürücüsü və "VAZ" markalı minik avtomobilinin iki sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, o cümlədən "VAZ" markalı avtomobilin iki sərnişini xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az