Citroen-dən yeni Rubis - FOTO

19 Aprel 2013 18:53
Yeni yolsuzluq avtomobili idman üslubunda hazırlanmış müasir parlaq dizayna və hibrid güc qurğusuna malikdir.

Milli.Az Auto.az-a istinadən bildirir ki, kompakt krossover "Volkswagen Tiguan"-dan böyük olmaqla, "DS" sırasında ilk seriyalı krossover "BMW X5" və "Volkswagen Touareg" kimi avtomobillərlə rəqabət apara biləcək. "DSX7 Hybrid4" adlı istehsal modeli gələn il Paris motoroşousunda təqdim olunmalıdır.

Hetçbek "Citroen DS5"-in platformasında yığılan hibrid yolsuzluq avtomobilinin qabaritləri: uzunluq - 4700 mm; en - 1950 mm; hündürlük - 1590 mm və təkər bazası - 2900 mm.

Konsept dar işıqdiodlu fənərlər, idman formalı bamperlər, axarlı bortlar, böyük küncdə yerləşdirilmiş arxa dayaqlar, damın sonunda spoyler və 21 düymlük yüngüllehimli təkər disklər əldə etdi.

Güc qurğusuna 1,6-litrlik benzinlə işləyən turbomühərrik və 243 a.g. verəcək elektrik mühərriki daxildir.

İlkin olaraq avtomobil 2014-cü ilin payızında Çin bazarına çıxacaq, daha sonra isə onu Avropada sifariş etmək mümkün olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.