Fisker Karma bəzəndi - FOTO
19 Aprel 2013 22:13
Milli.Az Auto.az-a istinadən bildirir ki, Florida ştatı, Orlando şəhərindəki Amerika tünerləri fikirlərini avtomobilin kosmetik tamamlanmasına yönəltdilər, bununla belə avtomobilin texniki içliyini dəyişikliksiz qoydular. Görülən işin nəticəsi sürücülərin və piyadaların diqqətini cəlb edən eksklüziv elektromobil oldu.
Ekoloji təmiz sedan aşağıprofilli şinlər "geyindirilmiş" ikirəngli çoxmilli, 24-düymlük Forgiato diskləri və banın ikirəngli tərtibatını əldə etdi. Disklərin millərinin üzü ağ rəngə, içi isə çərçivəsi ilə birgə qara rəngə boyanıb.
Ağ tutqun 3M təbəqəsi ilə örtülmüş ban, kapot və yük yerindəki qara zolaqla, həmçinin dam və tonlaşdırılmış şüşələrlə təzad təşkil edir. Tündləşdirilmiş optika və xırda əlavə aksesuarlar elektrokarın eksteryerinə fərdilik əlave etdi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.