Azərbaycanda yol qəzası baş verib, 4 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
19 Aprel 2013 18:38
16:27
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tovuz sakini Əkbər Səməd oğlu Məmmədov idarə etdiyi "Opel Astra" markalı, 90 EM 322 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn həmyerlisi Azər Rasim oğlu İsmayılovun idarə edtiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-yə yerləşdirilib.
"Opel Astra"nın sürücüsü və sərnişininin vəziyyəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra evə buraxılıblar. "VAZ 2107"nin sürücüsü və sərnişini Ceyhun Valodya oğlu Rüstəmovun müalicəsi isə Şəmkir MRX-də davam etdirilir. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru Eldar Müslümovun Kəpəz televiziyasına verdiyi məlumata görə, qəzaya səbəb yüksək sürət və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Baş inspektor onu da əlavə edib ki, qəzada digər avtomobil də iştirak edib. Lakin dövlət nömrə nişanı müəyyən edilmədiyindən hələlik həmin avtomobilin saxlanılması mümkün olmayıb.
Milli.Az
---------
18:38Böyütmək üçün şəkillərə klikləyin.
