İnternet alveri böyüyür

19 Aprel 2013 15:27
Şirkət 3 ay ərzində 3,75 milyard dollar həcmində gəlir əldə edib. Bu, 2012-ci ilin birinci rübü üzrə qeydə alınmış gəlirin həcmindən 14% çoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xalis mənfəətin həcmi 19% artaraq 677 milyon dollar olub. İnternet-hərracın ödəniş sistemi istiqamətində sabit artım qeydə alınıb: PayPal-ın rüblük mədaxili 18% artaraq 1,55 milyard dollar olub.

Adıçəkilən sistemin aktiv abunəçilərinin sayı il ərzində 16% artaraq 128 milyona çatıb. Ticarət biznesi seqmentində qeydə alınmış rüblük mədaxil 1.96 milyard dollar olub.

Milli.Az