Barak Obamanın xalası siyasi sığınacaq istəyir

4 Fevral 2010 12:36
Qaynar.info xarici mətbuata istinadən xəbər verir ki, Onyanqo birinci dəfə siyasi sığınacaq almaq üçün 2004-cü ildə ABŞ-ın miqrasiya hakimiyyətinə müraciət edib. İlk müraciətə rədd cavabı alan Prezidentin xalası ölkə ərazisindən çıxarılmalı idi, lakin o, Amerika ərazisində qeyri-leqal vəziyyətdə yaşamaqda davam edib.

Zeytun Onyanqonun qeyri-leqal statusu 2008-ci il prezident seçkisindən bir qədər əvvəl məlum olub.

Obama bəyan edib ki, xalasının ölkə ərazisində qanunsuz yaşamasına dair məlumatlı deyil və müvafiq qanunvericiliyə əməl olunmasının vacibliyini bildirib.

Milli.Az