Azərbaycanda mobil telefonlar qeydiyyata alınacaq
17 Aprel 2013 19:11
Milli.Az ICTnews-ə istinadən bildirir ki, bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə açıqlama verib.
Nazir müavini bildirib ki, IMEI kodların qeydiyyat sistemi bir sıra neqativ halların qarşısını alacaq və beləliklə də onun təkrarlanmaması üçün zəmin yaradacaq:
"Çünki bu sistemin də əsas təyinatı ondan ibarətdir ki, oğurluq və yaxud saxta olan, düzgün istehsal edilməyən avadanlıqların şəbəkədə istifadə edilməsinin qarşısı alınsın. IMEI kodların qeydiyyatı aparıldıqdan sonra vətəndaşlarımızın üzləşdiyi bəzi narahatedici hallar aradan qalxacaq".
Milli.Az