Ən güclü, ən məhsuldar

17 Aprel 2013 20:15
DataDirect Networks (DDN) dünyanın ən güclü superkompüterini ən məhsuldar disk sistemi ilə təchiz edəcək.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, ABŞ Energetika Nazirliyinin strukturuna daxil olan Okric laboratoriyasında quraşdırılmış Titan kompleksi Top-500 reytinqində liderdir.

16 nüvəli AMD Opteron 6274 server prosessorları və Nvidia Tesla K20 sürətləndiriciləri ilə təchiz edilmiş sözügedən sistem 17,6 petaflops (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) məhsuldarlığa malikdir. Pik sürəti 27 petaflopsu ötür.

Titan superkompüteri üçün yaradılmış məlumatların saxlanılması sistemi Spider II adlanır. Sözügedən sistem 40 petabayt həcmində məlumat saxlamağa imkan verəcək.

Milli.Az