"Xolmili kəndinin tarixi" etnoqrafik oçerk kitabının təqdimatı oldu - VİDEO
16 Aprel 2013 20:49
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, bu günlərdə Lənkəranın tanınmış ziyalılarından biri, Lənkəran şəhər təhsil şöbəsinin müdir muavini Güloğlan Bağırovun həmkəndlisi Tağı Abbasovla birlikdə qələmə aldığı "Xolmili kəndinin tarixi" etnoqrafik oçerk kitabı işıq üzü görüb.
Kitabın təqdimat mərasimi Bilal Əliyev adına Xolmili kənd orta məktəbində baş tutub.
Kitabın təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndələri, rayonun tanınmış ziyalıları, məktəb direktorları, məktəbin muəllimləri və kənd ziyalıları ştirak edirdilər. Tədbir kitabın müəlliflərindən biri olan dünyasını dəyişmiş Tağı Abbasovun ruhunun yad edilməsi ilə başladı.
Daha sonra çıxış edən Xolmili kənd məktəbinin direktoru Qasım Əliyev, məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Vəsilə Məmmədova, əməkdar müəllim, folologiya elmləri namizədi Mirhaşım Talışlı, Yazıçılar Birliyinin Lənkəran şəhər bölməsinin sədri İltifat Saleh, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, əməkdar müəllim Hacırza Kişiyev, kənd ziyalısı Balakişi Yaqubov, Tütəpeştə kənd məktəbinin direktoru Əsgər Əsgərov, Xolmili kənd icra nümayəndəsi Amil Əliyev çıxış edərək kitabın kənd üçün böyük bir uğur, gələcək nəsillər üçün qiymətli bir sərvət olduğunu bildirdilər.
Vurğulandı ki, kitabda kəndin tarix və etnoqrafiyası, burda doğulub boya başa çatan tanınmış insanlar, tarixi abidələri haqqında çox dolğun və hərtərəfli məlumat verilib. Çıxış edən natiqlər belə bir kitabı ərsəyə gətirdiyinə görə kitabın muəllifi, tanınmış pedoqoq, bir çox ziyalıların yetişməsində xidməti olan Güloğlan Bağırova öz minnətdarlıqlarını bildirdilər. Daha sonra kitabın muəlliflərindən olan mərhum Tağı Abbasovun oğlu Elvin Abbasov çıxış edərək, kitabın təqdimatına toplaşanlara öz təşəkkurunu bildirdi. Sonda Guloğlan Bağırov çıxış edərək, ona unvanlanan xoş sözlərə görə çıxış edən natiqlərə təşəkkür etdi.
Belə bir kitabın qələmə almağın çox məsuliyyətli bir iş olduğunu, Xolmili kənd orta məktəbinin 100 illik yubileyi munasibətilə daha bir kitab yazacağını və hazırda təqdim olunana kitabdakı bəzi çatışmazlıqları məhz həmin kitabda aradan qaldıracağını bildirdi. Rayonun qabaqcıl təhsil işçsisi olan, Lənkəranda təhsilin inkişafına öz töhvələrini vermiş, savadlı gənclərin yetişməsində böyük xidmətləri olmuş həmyerlimizi biz də təbrik edib, ona yeni yaradıclıq uğurları arzu edirik.
Milli.Az