Apple-in işçiləri qaçırlar

16 Aprel 2013 23:53
Milli.Az ICTnews-a istinadən bildirir ki, Mercury News nəşrinin məlumatına əsasən, yeni rəhbərliyin gəlişi ilə əlaqədar Apple korporasiyasının daxili siyasətində bir çox dəyişikliklər baş verib.

Korporasiya rəhbərliyinə qarşı narazılıq səviyyəsinin artması qeydə alınır - analitik Con Qruber deyir. Qruber bazarda daha yüksək əməkhaqqı təkliflərinin mövcudluğunu və şirkətin ümumi siyasətindən narazılığı buna səbəb kimi göstərib. Axın ilk növbədə ən qiymətli kadrlara aiddir və bu, şirkətin inkişafı üçün təhlükəli tendensiya sayılır - o deyib.

Milli.Az