Adam oğurluğunda şübhəli bilinən azərbaycanlılar tutulub

4 Avqust 2010 11:53
Milli.Az xəbər portalının "İnterfaks"a istinadən verdiyi məlumata görə, onlar 1 nəfər biznesmeni oğurlamaqda şübhəli bilinir. "Onlar iyunun 12-də "İmperiya-avto" şirkətinin direktorunu oğurlayıblar. Biznesmeni odlu silahla hədələyərək oğurlayan şəxslər onu 22 gün həbsdə saxlayıblar. Oğurlanmış şəxsdən azad edilməsi üçün 7 milyon dollar tələb edilib", - deyə Moskvanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Şübhəli şəxslər həbs edilib, biznesmen isə azad olunub.

Milli.Az