Facebook-un populyarlığı azalır
12 Aprel 2013 22:13
Rəyi soruşulmuş 5200 gəncin 33%-i Facebooku hələ də ən sevimli sosial şəbəkə adlandırırlar, bir il ərzində onun populyarlığı 20% azalıb.
TechCrunch bloqu qeyd edib ki, gənclərin marağı yalnız Facebooka deyil, həmçinin YouTube, Tumblr və Flickr-ə azalıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Twitter gənclər arasında populyarlığa görə ikinci ən böyük sosial şəbəkədir. Sonrakı yerdə Instagram qərarlaşıb. Qeyd edək ki, sonuncunun pərəstişkarlarının sayı durmadan artır. İlk beşlikdə, həmçinin Google+ və Tumblr sosial şəbəkələri də yer alıb.
Milli.Az