Bu ölkəni Fatmagül qurtardı - FOTO
12 Aprel 2013 13:30
Milli.Az The Guardian-a istinadən bildirir ki, Livanın paytaxtı Beyrut sahillərindən 100 metr aralıda, Aralıq dənizində, Zük elektrostansiyasının qarşısında lövbər atmış gəmi intensiv çalışır.
"Fatmagül Sultan"la bağlı Türkiyənin "Karadeniz Holding" şirkəti ilə Livan hökuməti arasında 370 milyon dollar dəyərində, 3 illik müqavilə imzalanıb.
Üzən elektrostansiya olan "Fatmagül Sultan" hər gün Livanın elektrik şəbəkəsinə 187 meqavat elektroenerji verir. Bu isə elektroenerji təminatında sürəkli fasilələr və problemlər yaşanan Livanın gündə 2 saatlıq elektroenerji ehtiyacının tam təminatı deməkdir.
Bu yaxınlarda Beyrut sahillərində Türkiyənin ikinci üzən elektrostansiyası fəaliyyətə başlayacaq və bu minvalla, Livan iqtisadiyyatına gündə 270 meqavat elektroenerji veriləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: The Guardian