Şəhər meri yerkökü ilə rekord vurdu
12 Aprel 2013 12:07
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Akkar vadisindəki tarlasında yerkökü yetişdirən Əhməd İbrahim uzunluğu 130 sm olan yerkökü ilə qürrələnmədiyini deyib.
"Məhsul bol oldu. Bostandan yığdığım yerkökülərin əksəriyyəinin uzunluğu 60 sm-dən artıq idi. Heç bir kimyəvi gübrədən istiadə etmirəm və yerkökünün anomal ölçüsünün səbəbləri də mənə bəlli deyil", - şəhər meri deyib.
Əhməd İbrahim nəhəng yerkökünə sevinmir, çünki belə böyük məhsulu bazarda sata bilməyəcəyini deyir.
Xatırladaq ki, dünyanın ən böyük kartof və turpu da Livanda yetişdirilib.
Milli.Az