Mozilla-nın rəhbəri gedir
11 Aprel 2013 22:54
Şirkətin məlumatına əsasən, o, hələ ki şurada qalacaq, lakin ilin sonunadək idarəedici vəzifəni tərk edəcək.
Ekspertlər bildirir ki, "CEO"-nun gedişi şirkət üçün əlverişli vaxta düşmür: "Mozilla" hazırda brauzerin "Android" versiyası üzərində işləyir, həmçinin "Firefox OS" mobil əməliyyat sistemini bazara çıxarmağa hazırlaşır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bununla belə, Kovaç özü deyib ki, baş direktor kimi qarşısına qoyulmuş vəzifələri yerinə yetirib. "Mən əldə etdiyimiz uğurlardan qürur hissi keçirirəm" - deyə o bildirib.
Milli.Az