Geologiya İnstitutuna Avstriya alimlərindən böyük dəstək

11 Aprel 2013 18:12
İnstitutdan Trend-ə verilən məlumata görə, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev Qalib Əfəndiyev Avstriyanın J.Kepler adına Linz Universitetində olarkən informasiya texnologiyaları və proqramlaşdırma sahəsində fəaliyyət göstərən universitetin elmi tədqiqat istiqamətləri, nailiyyətləri ilə yaxından tanış olublar. Universitetin rəhbər heyəti ilə görüşən Azərbaycan alimləri Geologiya İnstitutunun geofizika və neft-qaz quyularının qazılması istiqamətlərində əldə etdiyi elmi nəticələr haqqında geniş məlumat veriiblər. Həmin nəticələr üzrə müasir kompüter proqramlarının hazırlanması imkanları müzakirə edilib.

Müzakirələrdə Avstriya tərəfindən universitetin aparıcı mütəxəssisləri - Bruno Buçberqer, Volfqanq Freiseisen, Friedriç Baldinqer Daniella Denes-Ramskoqler iştirak ediblər. Tərəflər əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəliblər. Razılaşmaya görə, Linz Universiteti qeyd olunan kompüter proqramlarının tərtibi üçün öz təcrübəsini Geologiya İnstitutu ilə bölüşəcək. Bu işin ilkin mərhələsinin maliyyə xərclərini Avstriya tərəfi öz boynuna götürüb.

Milli.Az