Daxili Qoşunlar işə qəbul elan edir

11 Aprel 2013 17:30
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, azı üç il psixologiya ixtisası üzrə iş təcrübəsi olan, hərbi qulluqçular arasında mənəvi-psixoloji iş aparmaq bacarığına malik, hərbi xidmət keçmiş, fiziki və sağlamlıq vəziyyətinə görə Daxili Qoşunlarda xidmətə yararlı Azərbaycan vətəndaşları işə dəvət edilir.

Əlavə məlumat almaq istəyənlər (012) 560-27-00 nömrəli telefonla Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin Kadrlar şöbəsinə müraciət edə bilərlər.

Milli.Az