ABŞ təbliğat maşını üçün xərclənən pulları azaldır
11 Aprel 2013 12:31
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın 2014-cü il üçün nəzərdə tutulan federal büdcəsinin layihəsində bu məsələ nəzərdə tutulub.
Gələn il ABŞ təbliğat xarakterli radio və televiziya yayımına 731,08 milyon dollar vəsait ayırmağı nəzərdə tutur ki, bu da cari ildəki xərclərdən 20,45 milyon dollar aşağıdır.
Qeyd edək ki, ABŞ-ın əsas təbliğat vasitələri "Amerikanın səsi", "Azadlıq", "Azad Avropa", "Azad Asiya" və "Sava" radiostansiyaları, ərəb dilində yayımlanan "Əl Hürrə", ispan dilində yayımlanan "Marti" televiziyasıdır.
Milli.Az