Teymur əminin ad günüdür
10 Aprel 2013 16:24
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, xalq arasında Teymur əmi kimi tanınan sevimli xanəndənin bu gün 74 yaşı tamam olur.
Ad günündə ATV telekanalının canlı efirində danışan müğənni özünü gümrah hiss etdiyini deyib.
"Hələ də formamı itirməmişəm və gənclərlə rəqsdə də, oxumaqda da yarışa bilərəm", - o əlavə edib.
Qeyd edək ki, T.Mustafayev artıq 50 ilə yaxındır ki, Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
Milli.Az