Bu da Gürkanın "Tofaş" qızları - FOTO
10 Aprel 2013 12:33
Mustafa və Sultanın böyük oğulları Gürkan Altan 13 il əvvəl əzələ xəstəliyinə tutularaq əlil arabasına məhkum qaldı.
Daha sonra onun 14 yaşlı kiçik qardaşı Eyvaz da eyni xəstəlikdən əlil qaldı.
Fəqət, Gürkan ruhdan düşmədi.
Milli.Az DHA-ya istinadən bildirir ki, Eyvaz Türkiyədə istehsal edilən "Tofaş" markalı avtomobillərə olan sevgisini sosial mediaya daşıdı.
Təxminən bir il əvvəl Facebook sosial şəbəkəsində "Tofaş'K Kızları" adlı səhifə yaratdı.
Atasının "Murat 124"' markalı maşınını ehtiyac ucbatından satdığını iddia edən, özünü də "Şahinçi Gürkan" adlandıran Gürkan Altan deyir: "Ürəyimdəki "Tofaş" sevgisini hər kəslə paylaşmaq istədim və buna görə də "Tofaş'K Kızları" səhifəsini yaatdım. Səhifənin indi on minlərlə üzvü var. Üzvlərin sayı hər gün artır. Yeganə istəyim "Şahin" modelli avtomobilə sahib olmaqdır".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: DHA, Facebook