Avtomobildən motosikletə necə keçməli?

9 Aprel 2013 19:04
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda belə deyilir:

"Mənim "B" kateqoriyalı sürücülük vəsiqəm var və onu 5 il əvvəl almışam. İndi isə motosiklet sürmək hüququ verən "A" kateqoriyalı vəsiqə almaq istəyirəm. Bildiyim qədər, həmin kateqoriyanı almaq üçün yenidən "B" kateqoriyasında nəzəri imtahan və motosiklet sürmək üçün praktiki imtahan verməliyəm. Sual yaranır: Əgər məndə "B" kateqoriyası varsa, nəyə görə yenidən bunun üçün imtahan verməliyəm? Bu imtahanı vermək üçün yenidən avtomobil məktəbini oxumalıyammı? İmtahan vermək üçün hansı sənədlər tələb olunur?".

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovla əlaqə saxlayıb.

"Əgər "B" kateqoriyalı sürücülük vəsiqəsi varsa, "B" kateqoriyası üçün yenidən imtahan verməyə ehtiyac yoxdur. Vətəndaş "A" kateqoriyası üçün imtahan verir. Əgər onun diplomu varsa, motosiklet üçün yenidən oxumağa ehtiyac yoxdur. Bu sənəd olduğu təqdirdə, o, "A" kateqoriyası üçün imtahan verə bilər. Lazım olan sənədlər isə şəxsiyyət vəsiqəsi və digər sənədlərdir".

Milli.Az