Şəhid Mübariz İbrahimovun ölümündən sonrakı şəkilləri yayıldı! - FOTO
3 Avqust 2010 12:26
3 avqust, 12: 26
Müdafiə Nazirliyi Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz
İbrahimovla bağlı açıqlama yayıb: "Biz dəfələrlə və özü də təkidlə
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun cəsədinin
ermənilərdə olması barədə açıqlama vermişik. Lakin Mübariz İbrahimovun
şəhid olmasından ötən ay yarım müddətində Ermənistan tərəfi hərbçimizin
meyitinin onlarda olmaması barədə dediklərini təkrarlamaqda davam etdi
və hətta beynəlxalq təşkilatların göndərdikləri sorğulara yalan cavab
verməkdən çəkinmədi. Avqustun 2-də isə Mübariz İbrahimovun meyiti olduğu
iddia edilən şəkillər məhz ermənilər tərəfindən internetdə yayıldı.
Bununla da ermənilər beynəlxalq hüquq normalarına riayət etmədiklərini
və öz riyakarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Yəqin ki,
beynəlxalq qurumlar şəkil məsələsini nəzarətə götürərərk,
araşdırmalarını intensivləşdirəcəklər. Biz isə şəhidmizin meyitini almaq
üçün səylərimizi və bu məsələdə bütün imkanlarımızı
səfərbər etməkdə davam edəcəyik" - deyə mətbuat xidmətinin rəis müavini
Teymur Abdullayev bildirib.
--------------------
2 avqust, 19:03
İyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində şəhid olan Azərbaycan giziri Mübariz Ağakərim oğlu İbrahimovun "odnoklassniki.ru" saytında öldürülmüş halda fotoları yayılıb.
Milli.Az xəbər portalının məlumatına görə, erməni istifadəçilər tərəfindən yerləşdirilən bu şəkillər bir daha erməni yalanlarını ifşa etdi.
Ermənistan indiyə qədər də şəhid gizirin cəsədinin onlar tərəfdə olmadığını iddia edərək, meyitin təhvil verilməsindən imtina edir.
Qeyd edək ki, 22 yaşlı gizirimizin meyitinin alınması tələbi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq təşkilatlara müraciət edib. Komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqovun sözlərinə görə, beynəlxalq hüquq normalarına əsasən meyidin döyüş bölgəsində saxlanması yolverilməzdir və bu, beynəlxalq qurumların diqqətinə çatdırılıb. Beynəlxalq qurumlarında dəfələrlə eyni tələblə Ermənistan tərəfinə müraciət edib. Lakin erməni tərəfi M.İbrahimovun meyitinin onlarda olmadığını iddia ediblər. İndi yayılan fotoşəkillər isə bunun əksini sübut edir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Mübariz İbrahimova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamıyla Milli Qəhrəman adı verilib.
M.İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirib.
M.İbrahimov şəhid olan gündən bəri onun doğulub-böyüdüyü Biləsuvardakı ata ocağı ziyarətgaha çevrilib, Azərbaycan ictimaiyyəti şəhidimizin valideynlərini tək qoymur, tez-tez bu evə baş çəkərək, onların itkisinə şərik olur.
Milli.Az




Uyğun linklər:
Jurnalistlər Milli
Qəhrəman Mübariz İbrahimovun evini ziyarət etdilər - FOTO
Milli Qəhrəman Mübariz
İbrahimov haqqında film çəkilir
Şəhid hərbçimiz Mübariz
İbrahimova Milli Qəhrəman adı verildi!
Qırmızı Xaç Komitəsinin
prezidenti Azərbaycan ombudsmanına məktub yazıb
Eldar Sabiroğlu:
"Ermənilər indi də meyitlərimizi gizlətmək yolunu tutublar"
Müdafiə Nazirliyi: "Gizir
Mübariz İbrahimovun meyitinin qaytarılması tələbi Ermənistana dəfələrlə
çatdırılıb"
Ombudsman azərbaycanlı
hərbi qulluqçunun cəsədinin qaytarılması ilə bağlı BQXK-nin prezidentinə
müraciət etdi
Müdafiə Nazirliyi: "Şəhid
əsgərin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlarla ardıcıl iş
aparılır"
ATƏT şəhid əsgərimizin
meyitinin qaytarılması ilə bağlı iş aparır
Ermənistan şəhid əsgərin
meyitini qaytarmaqdan imtina edir
Müdafiə Nazirliyi:
Atışmada ermənilər daha çox itki veriblər