Bakıda zəncirvari qəza: traktor minik maşınlarını əzib keçdi

8 Aprel 2013 14:54

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, bu gün saat 14 radələrində Rəcəb Gözəlov küçəsində traktor "VAZ-2109" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən minik maşını "Jeep" markalı avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Nərimanov Rayon Yol Polisi Şöbəsindən Milli.Az-a bildirildi ki, hadisə yerində araşdırma aparılır. Qəzanın hansı sürücünün səhvindən baş verməsi müəyyənləşdirilir. 

Anar Məmmədov

Milli.Az