«Falçı» ilbizin öz agenti var

2 Avqust 2010 23:28
"Sunday Mercury" xəbər verir ki, indi "Paul" adlı bu ilbizin şəxsi agenti də var. Bundan sonra ilbizin işlərini Kris Devis adlı şəxs aparacaq. "Mən "Paul" haqda eşidən kimi onunla müqavilə bağlamalı olduğumu düşündüm. İndi mən ilbizin rəsmi agentiyəm. Onun işlərilə mən məşğulam. Gündə ilbizlə bağlı təxminən 200 telefon zəngi qəbul edirəm. Onun pərəstişkarları ilə yanaşı, "Paul"u bu və ya digər layihədə istifadə etməyə çalışan biznesmenlər də zəng edir", - deyə Devis bildirib.
Agent "müştəri"sinə bir sıra maraqlı təkliflərin gəldiyini söyləyib. Onlardan bəziləri qəbul edilib və razılaşmalar artıq sona çatdırılmaq üzrədir: "Almaniyadakı supermarketlər şəbəkələrilə əməkdaşlıq edəcəyik. Bundan başqa, "Paul" haqqında kitab yazılacaq, Milad bayramı vaxtı üzərində bu ilbizin şəkilləri olan oyuncaqlar istehsal olunacaq".

Milli.Az