"SOCAR Petroleum Georgia" 2012-ci ildə Gürcüstanın ən böyük şirkəti adlandırıldı
6 Aprel 2013 17:23
"SOCAR Energy Georgia" (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maraqlarını təmsil edir) törəmə şirkəti olan "SOCAR Petroleum Georgia" 2012-ci ildə Gürcüstanın ən böyük şirkəti adlandırılıb. Trend-in məlumatına görə, "Iliauni Business Review" (IBR) tərəfindən aparılan araşdırmada bildirilir.
IBR Gürcüstanın Statisika Komitəsinin məlumatları əsasında bu ölkənin 100 ən böyük şirkətinin siyahısını hazırlayıb.
"SOCAR Petroleum Georgia" Gürcüstanın bütün ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Şirkət Gürcüstanın yanacaq ehtiyacının 70 faizini qarşılayır.
IBR-in versiyasına görə, Gürcüstanın 10 ən böyük şirkəti siyahısına həmçinin, "Toyota Caucasus", "San Petroleum Georgia (Gulf)", "Wissol Petroleum Georgia", "Gürcüstan Dəmir Yolları", "Lukoil Georgia", "Georgian Manganez", "Rustavi azotu", "BP" və "Toyota Center Tbilisi" də daxildir.
Araşdırmalara görə, Gürcüstanda fəaliyyət göstərən 100 böyük şirkətdən18 faizi energetika, 6 faizi neft, 5 faizi avto diler, 12 faizi nəqiliyyat və logistika, 11 faizi ağır sənaye, 4 faizi kommunikasiya, 10 faizi tikinti, 8 faizi tütün istehsalı, 5 faizi mərc oyunları, 6 faizi formologiya və tibb, 13 faizi qida sənayesi və distributorluq, 2 faizi isə müxtəlif sahələrdə fəaliyyət göstərir.
Milli.Az