Mercedes-Benz: kupe də olacaq

6 Aprel 2013 22:54
Hələ ki, gələcək avtomobilin heç bir rəsmi şəkli yoxdur. Lakin məlumdur ki, avtomobilin xarici görünüşü iki modeli xatırladacaq: qabaqda E-klass üslubunda işıqdiodlu fənərlər və radiator barmaqlığı gözlənilir, arxada isə avtomobil klassik sedan S-sedana bənzəyəcək. Rəssam tərəfindən yaradılmış aşağıdakı şəkil belə bir kupenin necə görünəcə biləcəyini nümayiş etdirir.

Milli.Az Auto.az-a istinadən bildirir ki, yaradıcıların individuallaşma imkanlarını nəzərdə tutmasına, salonda isə qiymətli ağac növlərindən əl ilə tikilmiş qoymaların meydana gəlməsinə baxmayaraq "Mercedes-Benz S-klass"-ın interyeri sedanla eyni olacaq. Bundan başqa S-Klass kupedə alman istehsalçısının toqquşmanın qarşısını alma və parketməyə kömək sistemləri daxil olmaqla bütün müasir sistemləri tətbiq ediləcək.

Mühərriklər? Onlar barədə məlumatı hələ gizli saxlayırlar, lakin yəqin ki, söhbət biturbolaşdırılmış V8 və V12 mühərriklərindən gedir. Yeri gəlmişkən, kupe sedana quraşdırılacaq 9-pilləli avtomatik transmissiya əldə edəcək.

Ümumiyyətlə, "Mercedes-Benz"-də ciddi rəqib hazırlayırlar. Bununla belə, kupe banında "Mercedes-Benz S-Klass"-ın buraxılmasına qədər biz buraxılışı 2013-cü ilin mayın 15-ə planlaşdırılan yeni sedanın meydana gəlməsinin şahidi olacayıq.

Milli.Az