"Wikileaks"in yaradıcısı böyük siyasətə atılır

6 Aprel 2013 15:13
"Wikileaks" saytının yaradıcısı Culian Assanj senator olmaq qərarına gəlib. Artıq 9 aydır Londondakı Ekvador səfirliyində gizlənən Culian Assanj vətəni Avstraliyada parlamentin yuxarı palatasında özünə yer qazanmaq istəyir. Bu barədə "Wikileaks" hərəkatının direktoru məlumat yayıb.

Anspress xəbər verir ki, Culian Assanj öz seçkiqabağı kampaniya qərargahının rəisi olaraq Britaniya monarxiyasının qatı əleyhdarı olan bir şəxsi seçib. Avstraliya respublikaçılarının keçmiş lideri olan Qreq Barns bildirib ki, "Wikileaks" yaradıcısı Assanjın Avstraliya Senatına seçkilərdə qalib gəlməsi Respublikaçılar partiyasının maraqlarına uyğun gələ bilər. Culian Assanjın atası da oğlunun senator olmaq istəyini alqışlayıb.

Qeyd edək ki, Culian Assanj sentyabrın 14-də keçiriləcək Avstraliya Senatına seçkilərdə üstünlük əldə etsə belə, bu, onun Avstraliyadan İsveçə ekstradisiya olunmasının qarşısını ala bilməyəcək.

Xatırladaq ki, Culian Assanj İsveçdə seksual xarakterli cinayətlərdə ittiham edilir, o, özü isə təqib olunmasını "Wikileaks" saytının məxfi sənədləri açıqlama fəaliyyəti ilə əlaqəli olduğunu iddia edir.

Milli.Az