Messi nəhəng firmanın yeganə reklam simvolu olacaq - FOTO

6 Aprel 2013 12:16
Milli.Az soccernation.com-a istinadən xəbər verir ki, Argentina yığmasının və "Barselona" klubunun forvardı Lionel Messi Facebook-da "Adidas" firmasını yeganə reklam üzü olacaq. Facebook firmanın cəmiyyətlə əlaqəyə girdiyi əsas kanaldır. "Adidas" sözügedən sosial şəbəkədə proqram yerləşdirəcək, hansı ki onun vasitəsilə video çarxı paylaşmaq olar. Messi bu proqramın simvolu olacaq. Əvvəllər "Adidas"ın belə kampaniyalarında Robin van Persi, OskarFernando Torres iştirak ediblər.

"Adidas" bununla satış həcmini artırmaq istəyir.
Qeyd edək ki, keçən il firma satış rekordu vurub. Belə ki, "Adidas" 2012-ci ildə 14,9 milyard avroluq satış həyata keçirmişdi. 

Tuncay Türbəndəzadə
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.