Ən bahalı brendlər

2 Avqust 2010 21:53
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ən bahalı 50 brend arasında texnologiya sahəsinə aid markalar 30% təşkil edir.
İlk yeri "Apple" tutur. Bu brendin dəyəri 57,4 milyard dollardır. İkinci yerdə olan Microsoft-un dəyəri 56,6 milyard, üçüncü "Coca-Cola"nın isə dəyəri 55,4 milyard dollardır.
4-cü pillədə IBM (43 milyard), 5-ci yerdə Google (39,7 milyard), 6-cı yerdə "McDonald´s" (35,9 milyard), 7-ci pillədə "General Electric" (33,7 milyrd) gəlir.

İlk onluqdakı son 3 pilləni "Marllboro" (29,1 milyard), "İntel" (28,6 milyard) və "Nokia" (27,4 milyard) tutur.

Milli.Az