Luiş Fiqu prezident ola bilər

3 Avqust 2010 09:26
Yerli mətbuatın yazdığına görə, Fiqu Portuqaliya Futbol Federasiyasının prezidentliyi uğrunda yarışa qatılacağını rəsmən elan edib. O, artıq prezidentliyə namizəd olmaq üçün lazımi sayda imza toplayıb.
Xatırladaq ki, Fiqu Portuqaliyanın futbol tarixinin ən məşhur simalarındandır. Karyerası boyunca o, "Sportinq", "Barselona", "Real" və "İnter"də çıxış edib. 2000-ci ildə Avropanın ən yaxşı futbolçusu adına sahib çıxmış Fiqu 4 qat İspaniya, 4 qat İtaliya çempionudur. Onun aktivində Çempionlar Liqasının qalibi titulu da var.

Milli.Az