Ermənistan və Rusiya iqtisadi sahədə əməkdaşlığı müzakirə edib
5 Aprel 2013 11:26
Ermənistan prezidenti Serj Sarkisyan "Rosneft" neft şirkətinin prezidenti İqor Seçini qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Mediamax" xəbər yayıb.
Ermənsitan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, həmçinin energetika sahəsində uzunmüddətli və perspektivli əlaqələrin qurulması imkanlarını müzakirə ediblər.
Serj Sarkisyanın bildirdiynə görə, "Rosneft"in Ermənistan iqtisadiyyatına daxil olması ikitərəli iqtisadi əməkdaşlıq sahəsinin inkişafında böyük stimul rolunu oynayacaq.
Milli.Az