Terrorçunun ad gününü qeyd etməyə getdilər, qayıdanda qəzaya düşdülər

5 Aprel 2013 09:41
Türkiyədə PKK terror təşkilatının parlamentdəki təmsilçisi olan Sülh və Demokratiya partiyası (BDP) mənsublarının olduğu avtobus aşıb.

Anspress xəbər verir ki, baş vermiş qəza nəticəsində 4 nəfəri ağır olmaqla 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə Konya - Ereğli magistral yolunun 15-ci kilometrliyində meydana gəlib. Məlumata görə, avtobusun sərnişinləri BDP İzmir təşkilatının üzvləri olub və onlar terrorçu lider Abdullah Ocalanın ad günü münasibətilə səyahətə getdikləri Şanlıurfadan qayıdırmışlar.

Milli.Az