Yeni Citroen - FOTO

4 Aprel 2013 23:12
Yeni kompaktven əvvəlki nəsildən daha yüngül və daha yığcam olsa da, rahatlıq və qeyri-adilikdə heç nə itirməyib.

Vəd edildiyi kimi, "Citroen"-də bu yaxınlarda buraxılmış konsept "Technospace"-i təkrarlamadılar: seriyalı "S4 Picasso" özünəməxsus qabaq hissə aldı. Xüsusi qeyri-adiliklə qabaq optika fərqlənir, 3-hissəli qabaq şüşəyə gəldikdə isə demək olar ki, oxşar qərarlar fransızlar tərəfindən "kiçik" S3 Picasso-da da alınmışdı.

Milli.Az Auto.az-a istinadən bildirir ki, kompaktvenin uzunluğu 40 mm qısalaraq 4430 mm oldu. Buna baxmayaraq "S4 Picasso" 50 mm yastı oldu, lakin istehsalçı bildirir ki, mühəndislər təkər bazasını 2785 mm-ə qədər, təkər izlərini isə - qabaqda 82mm, arxada isə 31 mm enliləşdirə biliblər.

Bu fransızlara daha geniş salon və 40 litrə qədər böyüdülmüş baqajdan danışmağa əsas verir. Əgər arxa oturacaqları maksimal olaraq qabağa çəksək, yeniliyin yük yerinin həcmi 637 litr olacaq. Yeri gəlmişkən oturma yerinin ikinci sırası 3 müstəqil oturacaqlardan ibarətdir və onlar fərdi şəkildə tənzimlənə bilər.

Banın düzəldilməsində daha yüngül və dözümlü materiallardan istifadə edildiyinə görə (məsələn, kapot alüminiumdan hazırlanıb) kompaktven 70 kq arıqlayıb. "Citroen C4 Picasso" yeni "EMP2" modul platformasında buraxılan ilk "ikiqar şevron" nişanı olan model oldu.

Bundan əlavə "Citroen"-də yeniliyi 100 q/km-dən az ziyanlı tullantı buraxan ilk kompaktven adlandırırlar - adi, hibrid olmayan mühərrikdən istifadə edilərkən. Bu halda söhbət 92-güclü dizel modifikasiyasından gedir, o 100 km məsafəyə 3,8 litr yanacaq sərf edir.

Bu mühərriklə yanaşı kompaktven 114 a.g.-lü daha bir dizel mühərriki və 120-güclü VTi və 155-güclü THP benzin mühərrikləri də alacaq. Əldə edilə biləcək opsiyalar siyahısına dairəvi müşahidə sistemi, 3D-effektli diodlu arxa fənərlər, fəal təhlükəsizlik kəmərləri, uyğunlaşa bilən kruiz-nəzarət və park etmə köməkçisi daxildir.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.