"Sədərək" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə basqın edən şəxs yaxalandı
2 Avqust 2010 10:52
Bakı Şəhər Baş Polis İdarəsibndən Milli.Az xəbər portalına verilən məlumata görə, hyadisə bu il iyunun 24-də "Sədərək" ticarət mərkəzində törədilib.
Həmin vaxt Elman Həsənova məxsus valyuta dəyişmə məntəqəsindən qıfılı sındırmaq yolu ilə içərisində 9000 manat və 10 min rubl olan seyf oğurlanıb.
Əməliyyat tədbirləri nəticəsində həmin seyf Bakı-Lənkəran marşurutu ilə işləyən Mirzəmməd Əbilovun idarə etdiyi "İkarus" markalı avtobusdan aşkarlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Zaur Kərimov avqustun 1-də yaxalanıb.
Anar Məmmədov
Milli.Az
Xəbəri buradan oxu:
"Sədərək"də valyutadəyişmə məntəqəsinə basqın oldu