Dünyaca məşhur cizgi filminin davamı çəkilir - FOTO

3 Aprel 2013 19:05
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə sualtı dünyada mavi balıq Dori axtarılacaq.

Disney-Pixar Film Studiosu, bu dəfəki "Dori axtarışında" adda olan cizgi filmini 25 noyabr 2015-ci ildə ekranlara gələcək.

Filmdə itkin düşmüş Dorini səsləndirəcək adam isə dünyaca məşhur aparıcı Elen De Generes olacaq. "Tam 10 ildir bu anı gözləyirdim. Amma gözləntilərimə dəyərdi", - deyən Elen çox sevindiyini də gizlətməyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.