"Qəbələ"nin baş məşqçisi istefaya göndərildi
2 Aprel 2013 15:34
"Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov istefaya göndərilib. Klubdan Trend-ə bildiriblər ki, istefaya səbəb komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması və son vaxtlar Premyer Liqada zəif çıxış etməsi olub.
Məmmədovun yerinə komandaya müvəqqəti olaraq "Qəbələ"nin əvəzedici heyətinin baş məşqçisi Luis Araqon gətirilib.
Qeyd edək ki, Məmmədov ingiltərəli çalışdırıcı Tomi Adamsdan sonra bu posta təyin olunmuşdu.
Milli.Az