Bakıda at oğrusu tutuldu

1 Aprel 2013 12:45

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 20-də Qobustan qəsəbəsində otlaq sahəsindən qəsəbə sakini Sahib Surxayevin atı oğurlanıb. 

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Laçın rayon sakini Mehman Məmmədov martın 31-də yaxalanıb. 

Anar Məmmədov

Milli.Az