5 bacı-qardaş yanıb kül oldu
1 Aprel 2013 10:31
Milli.Az Le Figaro-ya istinadən bildirir ki, faciə Fransanın şimalındakı Ena departamentində, Sen-Kanten şəhərində baş verib.
Ailənin bütün uşaqları yanğında həlak olublar. Onların böyüyünün 10, kiçiyinin isə 2 yaşı vardı. Ata çox ağır yanıq xəsarətləri alsa da, pəncərədən aşağı atılıb.
O, yarımcan halda polisə zəng vuraraq: "Uşaqlarım ölür!" - deyib.
Yanğınsöndürənlər yanan evə çatanda uşaqlar artıq yanmışdılar.
Polis faciə ilə bağlı araşdırmalara başlayıb.
Milli.Az