Cisco 500 nəfəri işsiz qoyacaq

30 Mart 2013 19:07
"Biz biznesin inkişafı ilə əlaqədar investisiya yatırımı üçün ən qabaqcıl sahələri müəyyənləşdirmək üçün vaxtaşırı biznes-strategiyamızı nəzərdən keçiririk", - şirkətin mətbuat katibi Karen Tillman deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Cisco şirkətində ixtisar edilmiş əməkdaşların ümumi sayı 8300-ə çatıb.

Ekspertlər qeyd edirlər ki, bu, şirkətin istehlak bazarından korporativ proqram təminatı və texnoloji avadanlıq bazarına keçidi ilə bağlıdır. Cisco Systems dünyada ən iri şəbəkə avadanlığının istehsalçısıdır. Şirkətin əsası 1984-cü ildə qoyulub. Hazırda şirkətdə 63 min insan işləyir.

Milli.Az