BlackBerry yenidən populyarlaşır

29 Mart 2013 21:14
Bu barədə şirkətin prezidenti Torsten Heyns məlumat verib və əlavə edib ki, firma yenidən rentabelli olmağa başlayıb. Şirkətin rüblük mədaxilinin həcmi 2.68 milyard dollar, xalis mənfəət isə 98 milyon dollar təşkil edib.

Məlumat üçün bildirək ki, 2000-ci illərin əvvəllərində şirkətin istehsal etdiyi smartfonlar ABŞ və digər ölkələrdə geniş populyarlıq əldə etmişdi. Lakin bazara, məsələn, iPhone kimi sensor qurğuların çıxarılması nəticəsində Blackberry (əvvəlki RIM) şirkətinin qlobal bazardakı payı kəskin surətdə azalmağa başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Blackberry lider mövqeyini Z10 və Q10 aparatlarının köməkliyi ilə geri qaytarmağa ümid edir. Adıçəkilən aparatlar yanvarın 30-da Nyu-Yorkda keçirilmiş təqdimatda nümayiş olunub.

Heynsin sözlərinə görə, Z10 və Q10 aparatları digər istehsalçıların smartfonlarından çoxfunksiyalılığına görə fərqlənir. Məsələn, elektron poçta baxmaq üçün hər hansı tətbiqi bağlamağa ehtiyac yoxdur.

Milli.Az