Rexton-un sirri açıldı- FOTO
29 Mart 2013 21:37
Bu dəfə bu yalnız dizayner tapşırığı deyil, yeni firma üslubunun nümayişidir: "SsangYong"-un bütün yeniliklərinin belə görünməsi mümkündür.
Milli.Az Auto.az-a istinadən bildirir ki, 7 nəfərlik krossover "SsangYong LIV-1" bu həftə Seulda "xüsusi" avtosalonda debüt edir. Bəzi məlumatlara görə o tamamilə yeni bir modelin sələfidir. Bu model markanın model sırasında krossover "Rexton" və miniven "Rodius/Stavic" arasındakı yeri tutacaq.
Lakin bir məlumat da var ki, konsept-karı "Rexton"-nun gələcək nəslinin prototipi hesab etmək olar. Yəqin ki, daha dəqiq məlumatı istehsalçı sərgi çərçivəsində səsləndirəcək.
Lakin gələcək nəsil "Rexton"-un oxşar olacağı ehtimalı böyükdür. Konsepti elan edərək "SsangYong"-da "Robust Aesthetics" - "güclü estetika" adı alan yeni firma üslubu haqqında qeyd etmişdilər.
Bundan başqa, prototip avtomobilin və sürücünün ünsiyyətinin yeni üsulunu nümayiş etdirməlidir: istehsalçı "LIV-1" adını "Limitless Interface Vehicle" kimi şərh edir ki, bunu da "sonsuz interfeysli nəqliyyat vasitəsi" kimi tərcümə etmək olar. Bunun nə demək olduğu premyeraya yaxın məlum olacaq. Konseptin seriya davamı olsa bazarda onun konveyer versiyası 2015-ci ildə meydana gələcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.