Avqust ayının hava proqnozu: Temperatur 44 dərəcəyə yüksələcək

30 İyul 2010 14:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, ay ərzində yağıntıların respublika üzrə qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.

Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 21-25, gündüzlər 33-36 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 39-41 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-8 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 20-25, gündüzlər 33-38 dərəcə isti olacaq, temperatur ayrı-ayrı günlərdə 40-42, ayın ilk günlərində isə 44 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-10 mm) olacaq.

Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Gecələr 13-18, gündüzlər 23-28 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 29-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-55 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 19-24, gündüzlər 31-36 dərəcəə isti olacaq, ayrı-ayrı günlərdə 37-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr 16-21, gündüzlər 26-31 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 33-36 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-116 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

MərkəziAran-Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxınvə 2-3 dərəcə yüksəkdir. Gecələr 20-25, gündüzlər 33-38 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 40-42 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-22 mm) olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 18-23, gündüzlər 30-35 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 37-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Milli.Az