Həkimlər üçün ixtisasartırma kursları təşkil olunacaq
28 Mart 2013 14:50
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ixtisasartırma kursları səhiyyənin prioritet sahələri (kardiologiya, cərrahiyyə, anesteziologiya və reanimatologiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya, psixiatriya, laboratoriya işi və otolarinqologiya) üzrə gənc tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə keçiirlir. Bu il ərzində kurslar əsasən Türkiyənin, Almaniyanın və s. ölkələrin aparıcı klinikalarında həyata keçiriləcək.
Kurslarda iştirak etmək istəyən mütəxəssislərin yaşı 45-dək, 3 il iş stajı olmalı və xarici dilləri (ingilis, alman, türk və rus) bilməlidirlər. Kurslarda iştirak etmək istəyənlər aprelin 1-dən mayın 1-dək müraciət etməlidirlər.
Milli.Az