Azərbaycanlı gözəl "Miss Kharkiv Internatıonal" gözəllik müsabiqəsində "Miss artistizm" adına layiq görüldü - FOTO
28 Mart 2013 09:28
AzərTAc xəbər verir ki, müsabiqədə Xarkov vilayətinin "Dostluq" adlı Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin üzvü Türkan Qasımova iştirak etmişdir.
Milli geyimdə, ziyafət paltarında defilenin nəticələrinə, habelə yaradıcı nömrəyə - həmvətənimizin kişi partiyasını çox gözəl ifa etdiyi qızğın "Ləzginka" rəqsinə görə o, "Miss artistizm" adına layiq görülmüşdür.
Müsabiqədə Ukrayna, Qazaxıstan, İsrail, Yeni Qvineya, Hindistan, Yunanıstan, Əfqanıstan və başqa ölkələrdən gəlmiş qızlar iştirak etmişlər. Təşkilatçılar qeyd edirlər ki, müsabiqənin keçirilməsindən məqsəd Xarkovun milli-mədəni birliklərinin rəngarəngliyini və zənginliyini nümayiş etdirməkdir.
Tədbirdə Xarkov Şəhər Sovetinin Ailə, gənclər və idman işləri departamentinin direktoru Andrey Xijnyak, şəhərin milli-mədəni birliklərinin rəhbərləri, ticarət-sənaye palatalarının, diplomatik korpusun, şəhərin ictimai təşkilatlarının nümayəndələri, moda və gözəllik sənayesinin aparıcı mütəxəssisləri iştirak etmişlər.
Xarkov Şəhər Sovetinin Vətəndaş birlikləri ilə iş şöbəsinin rəisi Aleksandr Sterin AzərTAc-a verdiyi müsahibədə qeyd etmişdir ki, bu müsabiqə hər şeydən əvvəl tolerantlıq bayramıdır. A.Sterin demişdir: "Xarkovda tolerantlıq festivalı, millətlərarası futbol turniri, milli-mədəni cəmiyyətlərin ŞHK kuboku keçirilir. Bugünkü müsabiqəni keçirməklə biz belə tədbirlərin sayını artırmış oluruq. Çalışırıq ki, Xarkovda nümayəndələri yaşayan bütün milli mədəniyyətlərə hörmətlə yanaşılsın".
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.