Cadillac CTS: ilk rəsmi şəkillər - FOTO

28 Mart 2013 20:38
Şəkillərdən göründüyü kimi, avtomobil indiki "Cadillac" xətti ruhunda yenilənib.

Milli.Az Auto.az-a istinadən bildirir ki, sedan yeni Art & Science üslubunda hazırlanıb və iri qabaq hissə, böyük radiator barmaqlığı, enli kapot və əlbəttə ki, baş işığının işıqdiodlu fənərləri və arxa fənərlərlə fərqlənir.

İnteryerdə ATS və XTS modelləri ilə oxşarlıq artır. Hələ ki, biz yenilənmiş "Cadillac CTS"-in hansı avadanlığı əldə edəcəyini bilmirik, lakin əminliklə demək olar ki,bu siyahıda CUE multimedia sistemi olacaq.

"Cadillac CTS" iki yeni mühərrik əldə edəcək. Onlardan biri, 272 a.g. olan 2,0 litrlik dördsilindrli turbomühərrik, baza mühərriki olacaq, 3,6 litrik ikincisi isə 420 a.g. verəcək.

Sonuncu, 8-pilləli avtomatik transmissiya ilə cüt işləyərək sedanı yerindən "yüzə" 4,6 saniyəyə sürətləndirir. Yeni mühərriklərdən başqa, xəttə əvvəlki 3,6-litrlik altısilindrli, atmosferli aqreqat (321 l.s.), həmçinin "yüklənmiş" CTS-V variantında əlverişli olan 6,2-litrlik 564 a.g. olan mühərrik qalacaq.

Amerikalılar "Cadillac CTS" üçün əsas rəqib kimi böyük alman üçlüyünün nümayəndələrini görürlər: "Audi A6", "Mercedes-Benz E-klass" və "BMW 5 seriya". Yeniliyin qiyməti hələ bildirilmir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.