Toyota-dan ucuzvari model - FOTO
27 Mart 2013 18:57
Yığcam qabaritlərinə baxmayaraq yeni model yüksək dərəcədə praktikliyə və müasir dizayna sahibdir. Yeni avtomobil Toyota -nın Tailanddakı zavodunda buraxılacaq və münasib qiymətə dünyanın 80-dən artıq ölkəsində satılacaq.
Milli.Az 4charx-a istinadən bildirir ki, Toyota Vios uzunluğu 4410 mm, eni 1720 mm, hündürlüy 1475 mm və təkər bazası 2550 mm-dir. Avtomobilin eksteryerində, xüsusilə onun burun hissəsində yapon avtoistehsalçının müasir dizayn üslubu görünür. Yığcam sedana xaricdən xrom dekor elementləri və tökmə disklər daha çox zəriflik əlavə edir.
Avtomobilin salonunda yaraşıqlı məlumatvericilər və idarəetmə düymələri, parça üzlüklü kürsülər, alüminium elementlər və dörd dinamikli MP3-player görmək olar.
Sedan Toyota Vios maksimum 109 a.g. və 141 Nm fırlanma anı hasil edən 1,5 litrlik dörd silindrli benzin mühərriki ilətəchiz edilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.