Bakıda sirkə bilet neçəyədir?
27 Mart 2013 16:19
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda belə deyilir:
"Birinci ondan başlayım ki, sirkin işçi heyəti müştərilərlə olduqca kobud davranır və verilən suallara cavab vermək istəmir. Sirkin kassirindən xahiş etdim yoxlasın ki, 3-4-cü cərgələrə 3 ədəd bilet varmı və yerlərin 1-dən 10-a qədər olması arzuolunandır. Mənə deyildi ki, 5-ci cərgədə 1-3-cü yerlərə 3 ədəd bilet var, lakin bunun üçün ümumilikd 36 manat pul ödəməliyəm. Soruşanda ki, nəyə görə, 10 manat qiyməti olan biletin hər birinə görə, 2 manat artıq pul ödəməliyəm, mənə dedilər ki, yerlər yaxşıdır, ona görə də əlavə ödəniş etmək tələb olunur. Eşitdiyimdən heyrətə gəlmişdim. Mən pulu ödəməkdən imtina etdim və nəticədə mənə həmin biletləri vermədilər".
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Hümbətovla əlaqə saxlayıb. Hümbətov kassada biletə görə əlavə ödəniş tələb edilməsinin mümkün olmadığını deyib.
"Kassada sağlam düşüncəli insanlar çalışırlar və biletin üzərində hansı qiymət yazılıbsa, həmin qiymətə də satış həyata keçirirlər. Biz həmin faktı araşdıracağıq və təsdiq olunacağı təqdirdə müvafiq tədbirlər görməyə hazırıq. Qoy həmin oxucu sirkin rəhbərliyinə müraciət etsin və ya mənim iş telefonuma - (012) 597-29-19 nömrəsinə zəng vursun", - o əlavə edib.
Milli.Az